Ermənistan və Türkiyə sərhədlərin açılmasını müzakirə edəcək

25 Oktyabr 2022 18:52 (UTC+04:00)

Tezliklə Ermənistan və Türkiyənin müvafiq qurumları arasında baş tutacaq görüşdə hava yolu ilə yükdaşımaların reallaşdırılması barədə razılaşmanın icrası müzakirə olunacaq.

Aznews.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib.

“Ermənistan və Türkiyənin müvafiq qurum nümayəndələrinin sərhəddə keçiriləcək görüşündə iyulda əldə olunmuş razılaşmaların icrası müzakirə ediləcək. Söhbət hava yolu ilə birbaşa yükdaşımaları və üçüncü ölkə vətəndaşları üçünü sərhədlərin açılmasından gedir”, - XİN rəsmisi əlavə edib.