AXCP fəalı aliment ödəmədiyi üçün tutulub

26 Oktyabr 2022 10:40 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddialarına münasibət bildirib.

Aznews.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".