Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsi yaradıla bilər

26 Oktyabr 2022 15:47 (UTC+04:00)

Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsinin yaradılması təklif edilib.

Aznews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı zamanı bu təşəbbüslə yazıçı Elçin Hüseynbəyli çıxış edib.

Elçin Hüseynbəyli, həmçinin Birliyin Ağcabədidə yerləşən Qarabağ bölməsinin Şuşaya köçürülməsini də təklif edib: "Düşünürəm ki, Şuşada gələcəkdə inşa ediləcək mədəniyyət mərkəzlərindən birində o bölməyə yer veriləcək".