Türkiyə Millət Məclisində dava

7 İyul 2013 09:30 (UTC+04:00)
Türkiyə Böyük Millət Məclisində qanun müzakirələri zamanı millət vəkilləri arasında gərginlik yaranıb.

Deputatlar arasında düşən davada bir nəfər yaralanıb.

Davaya səbəb Cumhuriyyət Xalq Partiyası (CHP) İstanbul millət vəkili Mahmut Tanalın baş nazir köməkçisi Bekir Bozdağın üstünə yeriməsi olub. Mahmut Tanalın bu hərəkətindən sonra Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri ilə CHP-li vəkillər bir-birlərini döyməyə başlayıblar.

Nəticədə, AKP Şırnak millət vəkili Mehmet Emin Dindarın qaşı yarılıb.

AzNews.az