İlon Mask “Twitter”in rəhbəri oldu

28 Oktyabr 2022 09:30 (UTC+04:00)

"SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask “Twitter”ə rəhbərlik etməyə başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə CNBC-nin müxbiri Devid Faber mənbələrə istinadən məlumat verib.

“Financial Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, İ.Mask artıq şirkəti almaq üçün sövdələşməni bağlayıb.

Xatırladaq ki, aprel ayında “Twitter“ rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini açıqlamışdı.

Aznews.az