Həbsxana rəisinin müavini rüşvət aldığına görə həbs olundu

7 İyul 2013 10:14 (UTC+04:00)
Ermənistanda Nubaraşen həbsxanasının əməliyyat işləri üzrə rəis müavini, 48 yaşlı D.Muradyan rüşvət aldığına görə həbs olunub.


Həbsə səbəb böyük məbləğdə vəsaitin və əmlakın alınması olub.

Cinayət işinin materiallarına əsasən, Muradyan rüşvət müqabilində, xidməti səlahiyyətlərini aşaraq, rüşvət verən şəxsə himayədarlıq edib.

Fakt üzrə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin müvafiq maddəsi 7-12 il həbs cəzası nəzərdə tutur. Həbsxana rəsmisi barəsində həbs qəti-imkan tədbiri seçilib.

İş üzrə məhkəmə prosesi yaxın günlərdə başlanacaq.

AzNews.az