Polislər 34 yaşlı qızı iflic etdilər- Video
7 İyul 2013 12:45 (UTC+04:00)
İstanbul Gəzi Parkı aksiyalarında yaralanan İstanbul ODTÜ Fəlsəfə bölümünün məzunu Lobna Allami 25 gün komada qaldıqdan sonra ayılıb.
Bu müddət ərzində iki dəfə beyin əməliyyatı keçirən 34 yaşlı Lobna iflic olub. Qolunu hərəkət etdirə bilməyən Allani, artıq yaşadıqlarını xatırlamır və danışa bilmir.
Artıq evə buraxılan Lobnaya özündən 2 yaş kiçik bacısı Fatin qulluq edir. O, bacısının qorxunc bir hala düşdüyünü anladıb: "Əvvəldən 47 kilo idi. İndi 10 kilo arıqlayıb. Bacımın başında ağır beyin əməliyyatları keçiridiyindən başı keçəl və tikişlərlə doludur. Bu bir yana, dəhşətlisi odur ki, Lobnanın başının bir tərəfi əyilib. Yəni bibər qazının zərbəsindən beyin sümüyü sınıb beyninin içinə girdiyindən onu çıxarmaq üçün bir əməliyyat keçirilib, sonra da beyninə qan sızması səbəbi ilə beynini başqa bir tərəfini açıb qanı axıdılması üçün əməliyyat olunub. Bu əməliyyatlar gözəl bacımı qorxunc hala salıb, başının bir tərəfində çuxur yaranıb. Bir dəfə təkidlə dişlərini yumaq istədiyini israr etdi. Bir təhər tualetə apardıq. Özünü güzgüdə görüb qorxdu. Çox ağladı. 5 gün durmadan ağladı. Əsəbləri yerində deyil. 72 saat yatmadığı vaxtlar olur.
Heç nəyi xatırlamır. Hər gün nə baş verdiyini soruşur. Anladırıq, amma hər dəfə unudur. Çox çətin olsa da, bacımın nəfəs almasına belə sevinirik. Əvvəl böyük bacım idi, indi uşağım oldu..."(anspress)
AzNews.az