Bakıda mənzildə yanğın

7 İyul 2013 13:06 (UTC+04:00)
Bakıda mənzildə yanğın baş verib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 9 kv.m olan otaqda "LG" markalı kondisioner və bir ədəd kompüter yanıb.

Yüksək temperaturdan 4 kv.m sahədə tavan dağılıb. Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az