Misir növbəti “milyonluq aksiya”ya hazırlaşır

7 İyul 2013 13:31 (UTC+04:00)
Bu gün Misirdə dünyəvi siyasi və ictimai hərəkatların növbəti kütləvi aksiyası keçiriləcək.

"Milyonluq aksiya" Qahirənin bir neçə meydanında, eləcə də, Misirin iri şəhərlərində keçiriləcək.

Aksiyanın təşkilatçısı Məhəmməd Mursinin hakimiyyətdən devrilməsi ilə nəticələnən aksiyaların təşəbbüsçüsü olan "30 iyun" hərəkatıdır.

Aksiyadar yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə saat 20.00) başlayacaq. Nümuyişçilərin Təhrir meydanına doğru yürüş edəcəyi gözlənilir. (musavat.com)

AzNews.az