"Məlum olduğu kimi, dünyanın buğda ehtiyacının üçdə birini Rusiya və Ukrayna ödəyir. Bu buğdaların aclıq təhlükəsi ilə qarşı-qarşıya olan ölkələrə çatdırılması ilə bağlı çəkdiyimiz əziyyətin ən yaxın şahidi sizsiniz".
AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı 8-ci Türk Tibb Dünyası Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, Ukrayna buğdasının 9.3 milyon tonunu dünya xalqlarının istifadəsinə verərək qida böhranının nisbətən azalmasını təmin etdik: "Eyni imkanlar Rusiyaya təqdim olunmadığı üçün bu mövzuda tərəddüd etsə də, bəşəriyyətə xidmətimizi qərarlılıqla davam etdirəcəyik".
Xatırladaq ki, bu il iyulun 22-də İstanbulda Ukraynadan “taxıl dəhlizi”nin işə salınması ilə bağlı saziş imzalanıb.
Oktyabrın 29-u isə Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.
Pərvanə