Siyasi şərhçi: "Paşinyan Putinin çətirinin altına girir"

31 Oktyabr 2022 17:51 (UTC+04:00)

"Paşinyan Qərbdən bir yardım ala bilmədiyini görəndən sonra yenidən Putinin çətirinin altına girir".

Bu sözləri AzNews.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

O bildirib ki, Paşinyan Putinlə görüşündə etdiyi çıxışda sadəcə olaraq ümidlərini dilə gətirir, Putin isə onun dediklərini etməyəcək.

"Paşinyanın iki əsas tezisi:

- Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə antiterror əməliyyatları keçirib və geri çəkilməyib, Paşinyan deyir ki, Putin qoşunların əvvəlki mövqelərə qayıdışını üçtərəfli görüşdə müzakirə etməlidir.

- Paşinyan eyni mövqeni Azərbaycan-Ermənistan sərhədinə münasibətdə də ifadə edir, deyir ki, Azərbaycan 2021-ci ilin may ayının 11-dəki sərhədlərinə qayıtmalıdır.

Təbii ki, bunlar mümkün deyil!" - deyə o əlavə edib.