Şirvan sakini özünü beşinci mərtəbədən atdı
7 İyul 2013 18:03 (UTC+04:00)
Şirvan sakini özünü beşinci mərtəbədən ataraq intihar edib.
Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan sakini M. Rəsulzadə küçəsi 13a, mənzil 24 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Abdullayev İlqar Əsgərağa oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.
İntiharın səbəbi məlum olmasa da, qonşuların bildirdiyinə görə, səfil həyat tərzi yaşayan İ.Abdullayev alkoqollu içkilərin aludəçisi imiş.
Faktla bağlı Şirvan polis şöbəsi araşdırma aparır.
AzNews.az