Bir ana, dörd bala şir zooparkdan qaçıb

2 Noyabr 2022 11:59 (UTC+04:00)

Avstraliyanın Sidney şəhərində yerləşən Taronqa zooparkından bir ana və dörd bala şir qaçıb.

AzNews.az xəbər verir ki, şirlərin qaçdığı məlum olduqdan sonra zoopark bağlanıb.

Qaçan heyvanlar insanlar olan ərazinin 100 metrliyinə yaxınlaşıb. Aslanların qaçmasından 10 dəqiqə sonra işçilərdən biri vəziyyətin fərqinə varıb.

Zooparkın sözçüsü qaçan şirlərin dəqiqələr sonra tutulduğunu, balalardan birinə sakitləşdirici iynə vurulduğunu bildirib. Zooparkın bu hissəsi aslanların tutulmasına baxmayaraq bir müddət bağlı qalacaq. Buna səbəb təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi, çatışmazlıqların gözdən keçirilməsidir.

Şirlərin necə qaçdığı isə məlum deyil. Zooparkın müdiri bunu ciddi hadisə olduğunu, araşdırma aparılacağını vurğulayıb.

Qeyd edək ki, Avstraliyada yerləşən zooparklarda heyvanlar nadir hallarda qaçırlar. 2009-cu ildə də Moqo adlı zooparkda belə hal baş vermiş, yaratdığı təhlükə səbəbindən şir vurularaq öldürülmüşdü.

Pərvanə