Bayden yenə səhvə yol verdi

2 Noyabr 2022 14:59 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden Florida ştatında "İnflyasiyanın azaldılması haqqında" qanunla bağlı çıxış edib.

AzNews.az xəbər verir ki, o çıxışı zamanı səhvə yol verib.

Belə ki, prezident danışarkən Ukrayna əvəzinə İraq deyib: "İraqdakı müharibə səbəbindən inflyasiya hazırda bütün dünyada böyük problemdir. Bağışlayın, Ukraynadakı müharibə. Mən İraqı düşünürəm, çünki ora oğlumun öldüyü yerdir".

Qeyd edək ki, Co Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-nin Merilənd ştatındakı xəstəxanalardan birində 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

Pərvanə