İran səfiri "persona-non-qrata" elan olunmalıdır

2 Noyabr 2022 15:02 (UTC+04:00)

"DTX-nın dünən İranın casus şəbəkəsi ilə bağlı yaydığı açıqlamadan bir cümlə beynimdə ilişib qalıb: “Şəbəkə təbliğat vasitələrini İİR-in Azərbaycandakı səfirliyinin avtomobillərilə daşıyıb”. Belə çıxır ki, İran diplomatları səfirlik binasında oturub Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsi üçün çalışırmış".

Bu sözləri AzNews.az-a açıqlamasında tanınmış jurnalist Aygün Muradxanlı deyib. Muradxanlının fikrincə, istintaqın ortaya qoyacağı faktlardab sonra, İranın Bakıdakı səfiri Abbas Musəvi persona non-grata elan edilərək ilk uçaqla Tehrana göndərilməlidir: "Qoy gedib orada Paşinyanın pişvazına çıxan Rəisiyə qüsl dəstəmazı hazırlasın".

AzNews.az