Kepa London derbisini buraxacaq

3 Noyabr 2022 13:20 (UTC+04:00)

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa "Arsenal"a qarşı İngiltərə Premyer Liqasının XV tur oyununu buraxacaq.

Aznews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Qrem Potter Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 2:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup oyunundan sonra məlumat verib.

Mütəxəssis 28 yaşlı qolkiperin hələlik zədəsini tam sağaltmadığını və "topçular"la görüşə hazır olmayacağını söyləyib.

Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Çelsi" - "Arsenal" matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.