“Formula-2” yarışında iki qayıq qəzaya uğradı
8 İyul 2013 06:58 (UTC+04:00)
İyulun 7-də Bakıda keçirilən "Formula-2" yarışı zamanı qəza baş verib.
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda, Bakı buxtasında keçirilən motorlu qayıqlar üzrə "Formula-2" yarışmasında iştirak edən qayıqlardan ikisi qəzaya uğrayıb.
Dərhal qəzaya uğramış qayıqlar və onların pilotları Fövqəladə Hallar Nazirliyinin ərazidə rezin qayıqlarla patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıb.
AzNews.az