"İran tərəfi Ermənistana Qarabağı 30 il işğalda saxladığı üçün təşəkkür edəcək"

3 Noyabr 2022 18:11 (UTC+04:00)

"Ermənistan baş naziri İrana səfər edib. Soçidən sonra birbaşa Tehrana gedib ki, İrandan kömək istəsin, Təbrizdə konsulluq açsın, birlikdə Azərbaycana barmaq silkələsinlər, birlikdə Şirin quyruğunun şəklini çəksinlər. Yəqin Paşinyan ilə İran prezidenti arasında maraqlı söhbət olacaq. Paşinyan ona Qarabağda məscidlərdə saxladığı donuzlar haqqında ətraflı məlumat verəcək".

Bu sözləri AzNews.az-a deputat Razi Nurullayev deyib.

"İran tərəfi də Ermənistana Qarabağı 30 il işğalda saxladığı üçün təşəkkür edəcək. Qeyd edəcəklər ki, məhz dörd Lüksemburq boyda işğal altında olan ərazidən sökülən evlərin materialları, dəmiri və digər avadanlıqlar İranın qonşu əyalətlərində necə gözəl inkişafa səbəb olub. 30 il öncə İranın o əraziləri palçıq evlərdən idi, indi gözəl imarətlərdir", - deyə R. Nurullayev əlavə edib.

O bildirib ki, doğurdan da Ermənistan İranın iqtisadi inkişafına töhfə verib, Ağa: "İndi gərək İran da Ermənistana kömək etsin. İslam həmrəyliyindən danışan bir ölkənin başqa niyyəti ola bilməz, axı. Paşinyan söz verib ki, Azərbaycanı qorxudub mövqeyindən çəkindirək, ondan sonra bir də Tehrana gəlib İran mollaları ilə bir yerdə namaz qılacaq və müsəlman olacaq. İran mollaları da o qədər sadəlövdürlər ki, inanıblar".

Deputat sonda qeyd edib ki, aldığımız məlumata görə Afrika, Asiya meşələrində şirlər qaçıb gizlənir, intihar edir, çünki hamısının quyruğunu kəsib İrana gətirirlər ki, Azərbaycanı qorxutsunlar. Ermənistanda iki pələng var imiş, Paşinyan da onların qiyruğunu kəsib gətirib Tehrana.