Qiymət artımından əziyyət çəkən ailələrə belə dəstək olmaq olar

4 Noyabr 2022 13:25 (UTC+04:00)

Azərbaycana idxal olunan ərzaq məhsulları və dərmanlara tətbiq olunan gömrük rüsumlarına dəyişiklik edilməsi təklif edilib.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı danışıb.

Deputat qeyd edib ki, ərzaq məhsulları və dərman vasitələrinə tətbiq olunan gömrük rüsumları kifayət qədər yüksəkdir.

O, ƏDV-nin ərzaq məhsullarına bir və ya bir neçə il müddətinə ləğv edilməsini təklif edib. Fəzail Ağamalının sözlərinə görə, bunu etməklə, qiymət artımından əziyyət çəkən aztəminatlı ailələrə dəstək olmaq olar. (qafqazinfo)