"Bu, müharibənin davamı deməkdir" - Ekspert

4 Noyabr 2022 17:53 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin işğal etdiyi Mariupolu “rusların qədim şəhəri” adlandırıb. Kreml sahibi birinci Pyotrun ilk hərbi gəmilərini Mariupolda inşa etdiyini, Suvorovun buralarda döyüşdüyünü misal göstərib.

Bu sözləri AzNews.az-a politoloq Elxan Şahinoğlu deyib.

"Putinin məntiqinə görə, Pyotrun və Suvorovun ayağı hara dəyibsə, oralar ruslara məxsusdur. Əgər belədirsə Putinin məntiqinə görə Rusiyanın yarıdan çoxu Çingiz xana və onun nəvələrinə, o cümlədən türk-tatar tayfalarına məxsus olmalıdır", - deyə o əlavə edib.

Politoloq Vladimir Putinin Mariupolun və Donbasın yenidən qurulmasına və sosial obyektlərin tikilməsinə dair fərmanı ilə bağlı qeyd edib ki, bu, müharibənin davamı deməkdir: "Çünki, Ukrayna Mariupoldan imtina etməyəcək".