2 gündə 19 edam - İranda

8 İyul 2013 07:50 (UTC+04:00)


İranda son iki gündə 19 nəfər edam edilib. İyulun 6-da Zahidan şəhərində 11 məhbus edam olunub ki, onlardan 5-i qadındır.

Ərdəbil şəhərində də 3 nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar.

İyulun 7-də səhər saatlarında Qəzvin şəhərində 5 nəfər edam edilib. Məhbuslardan 3-ü narkotik maddələrin qaçaqmalçılığı, 2-si isə qəsdən adam öldürməkdə ittiham ediliblər.

Elnarə
AzNews.az