“Qəbələ“ “Fənərbağça“ya qalib gəldi

8 İyul 2013 10:08 (UTC+04:00)
Qəbələ Olimpiya İdman Kompleksində "Qəbələ" ilə "Fənərbağça"nın boks komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Apasport.az saytının verdiyi xəbərə görə, rinqdə 8 çəki dərəcəsində boksçular mübarizə aparıblar.

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov və "Fənərbağça"nın boks bölməsinin rəhbəri Mərt Öztəməlin açılış nitqindən sonra döyüşlərə start verilib. İlk öncə səhnəyə dəbilqə ilə döyüşən boksçular çıxıb. 52 kq çəki dərəcəsində Rüstəm Musayev Muhammet Ünlüdən, Hidayət Musayev Hakan Kaynardan (69), Ramil Əhmədov Osman Aydından (75) güclü olub. Yalnız dəbilqəlilərdə Məhəmmədəli Tahirov Şeyda Kəsərlə (91) bacarmayıb.

Qısa fasilədən sonra dəbilqəsiz boks döyüşlərinə start verilib. Ruslan Alıyev Volkan Gökçəkə (60) qalib gəlsə də, sonrakı döyüşlərdə Şahin Həsənov Yakup Şənərə (69), Elvin Qənbərov isə Öndər Şipala (75) məğlub olub. Yoldaşlıq görüşünün həlledici – son qarşılaşması isə daha maraqlı keçib. Türk idmançısı qalib gəlsəydi, hesab bərabərləşəcəkdi. Ancaq Rahil Məmmədli Avni Yıldırımı (81) məğlub edib. Beləliklə, yoldaşlıq görüşü 5:3 "Qəbələ"nin qələbəsi ilə başa çatıb.

Yoldaşlıq oyunu
7 iyul
"Qəbələ" (AZƏRBAYCAN) – "Fənərbağça" (TÜRKİYƏ) - 5:3

52 kq. Rüstəm Musayev - Muhammet Ünlü - 30:27
60 kq. Ruslan Alıyev – Volkan Gökçək - 29:28
69 kq. Hidayət Musayev – Hakan Kaynar - 30:27
69 kq. Şahin Həsənov – Yakup Şənər - 28:30
75 kq. Ramil Əhmədov – Osman Aydın - 29:28
75 kq. Elvin Qənbərov – Öndər Şipal - 27:30
81 kq. Rahil Məmmədli – Avni Yıldırım - 29:28
91 kq. Məhəmmədəli Tahirov – Şeyda Kəsər - 28:30

AzNews.az