İstanbulda terror aktını törədən qadının kimliyi açıqlandı

14 Noyabr 2022 12:35 (UTC+04:00)

İstanbulda baş verən terror aktını törədən şəxsin kimliyi məlum olub.

Aznews.az xəbər verir ki, gecə saatlarında Küçükçekmecedə keçirilən əməliyyatla saxlanılan qadının adı Əhlam Əlbəşirdir.

O Suriya əsillidir. Ə. Əlbəşir PKK terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyi və terror aktını törətmək üçün Afrin-İdlibdən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğu məlum olub.

Pərvanə