İqlim riskləri ilə mübarizə üçün beynəlxalq fond yaradılır

14 Noyabr 2022 23:59 (UTC+04:00)

"Böyük Yeddilik" (G7) ölkələri iqlim riskləri ilə mübarizə üçün beynəlxalq fondun yaradılması barədə razılığa gəlib.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın xarici işlər, iqtisadiyyat və maliyyə nazirlikləri məlumat yayıb.

Fondun yaradılması ideyası iqlim dəyişikliyinin təsirlərinə həssas olan 20 ölkə ilə müzakirə edilib. Onların fikrincə, təşəbbüs dövlətlərin əhalinin maddi təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Fond sosial müdafiə və sığorta həllərinin işlənib hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək, həssas ölkələrdə iqtisadi və sosial inkişafı təşviq etmək məqsədi daşıyır.

Kanada, Danimarka, Almaniya, İrlandiya və ABŞ da fondda iştirak qərarını açıqlayıb. Onların ianələri 210 milyon avro təşkil edəcək.