Azər Ayxanın rəhbəri olduğu sayt fəaliyyətə başladı

15 Noyabr 2022 11:59 (UTC+04:00)

Əməkdar jurnalist Azər Ayxanın baş redaktor olduğu yeni sayt bu gündən fəaliyyətə başlayır.
Yeni sayt Globalinfo.az adlanır.

Sayt avqust ayından test rejimində işə başlayıb, sentyabr ayından onlayn yayımdadır. Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlil məqalələrlə oxucuların xidmətindədir.

Azər Ayxan saytımıza bildirib ki, Globalinfo.az Azərbaycan və dünya gündəminin əsas xəbərlərini, o cümlədən, təhlil və araşdırma materiallarını, eksklüziv müsahibə və reportajları oxuculara operativ və yüksək keyfiyyətlə təqdim edəcək.

Sayt müasir medianın şərtlərinə, qanunvericiliyin tələblərinə riayət edən media resursu kimi fəaliyyət göstərəcək.

Globalinfo.az-da bir çox tanınmış imzaların da köşə yazılarına, müəllif məqalələrinə yer veriləcək.
Qeyd edək ki, Azər Ayxan 1991-ci ilin noyabrından mətbuatdadır. O, 30 ildən çox “Yeni Müsavat” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ilin yanvarından 2022-ci ilin iyul ayına kimi qəzetin baş redaktoru olub. Bu il iyulun 6-da tutduğu vəzifədən istefa verib (Bakupost.az).