Qahirədə qarşıdurma: 52 ölü

8 İyul 2013 12:35 (UTC+04:00)
Qahirədəki Respublika Gözətçiləri qərargahı qarşısında Məhəmməd Mursiyə dəstək verənlərə atəş açılıb.

Gecə qarşıdurmanın olmadığı Qahirədə ordunun heç bir xəbərdarlıq etmədən səhər namazı zamanı Mursi tərəfdarlarına atəş etdiyi bildirilib.

Nəticədə 52 nəfər ölüb, 300 nəfər isə yaralanıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilib.

Müsəlman Qardaşlar xalqı inqilaba qarşı olanlara fürsət verməməyə çağırıb.

Qeyd edək ki, Bölgədə jurnalistlərin fəaliyyətinə icazə verilmir. Qahirədə hərbi maşınlar Təhrir meydanına gedən yollardan biri olan 6 Oktyabr körpüsünü bağlayıblar. Yaralıların çoxunun xəstəxanaya aparılmadığı bildirilib. (anspress)


AzNews.az