"Rusiya faşist Almaniyasının səhvlərini təkrarlayır"

16 Noyabr 2022 11:57 (UTC+04:00)

"Çox təəssüf amma Rusiya faşist Almaniyasının səhvlərini təkrarlayır. Polşaya raket hücumu müharibə miqyasının genişlənməsi qorxusu ilə beynəlxalq aktorları Ukraynanı kompromislərə məcbur etməyə hesablanmış taktikadır".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

O bildirib ki, Polşa bir NATOölkəsidir və NATO-nun Polşa dövləti qarşısında onun təhlükəsizliyi ilə bağlı öhdəliyi var: "NATO nizamnaməsinin kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsi Alyansa üzv dövlətlər Avropa və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə silahlı hücumun bütövlükdə quruma qarşı hücum kimi qiymətləndirilməsi deməkdir".