DTX Beyləqanda əməliyyat keçirir - Saxlanılan var

16 Noyabr 2022 13:04 (UTC+04:00)

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqan rayonunda əməliyyat keçirir.

Bakupost.az-ın məlumatına görə, əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.