Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə telefonla danışıb.
Aznews.az APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı 2023-cü ilin əvvəlində Ermənistan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi razılaşdırılıb.
Bundan başqa, tərəflər Cənubi Qafqazdakı situasiyanın yaxşılaşmasını və bu istiqamətdə müvafiq addımların atılmasını müzakirə edib.