MN: Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır

17 Noyabr 2022 19:18 (UTC+04:00)

Noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - qeyd olunub.