Azərbaycan Ordusunun hərbçisi hospitalda vəfat edib

17 Noyabr 2022 19:49 (UTC+04:00)

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq, noyabrın 17-də vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

MN rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!