BMT Baş katibi Zelenski ilə "Taxıl sazişi"ni müzakirə edib

18 Noyabr 2022 11:04 (UTC+04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Bu barədə “Report”un yerli bürosuna BMT Baş katibinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, A.Quterreş və V. Zelenski Qara Dəniz Taxıl Təşəbbüsünün gələcəyini və sazişin dünyanın ən zəif inkişaf etmiş ölkələrinə təsirinin yaxşılaşdırılması yollarını müzakirə ediblər.

Aznews.az