AYP başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub

18 Noyabr 2022 17:02 (UTC+04:00)

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

Aznews.az xəbər verir ki, bu barədə Anar Əsədli özünün sosial şəbəkədəki hesabında məlumat yayıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava limanında olduğunu bildirən Anar Əsədli məsələ ilə bağlı DİN rəhbərliyinin məlumatlandırıldığını qeyd edib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.