Bağdad Amreyev: TDT-yə üzv ölkələr artıq vahid mövqedən çıxış edir - FOTO

18 Noyabr 2022 20:49 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr artıq vahid mövqedən çıxış edirlər.

Aznews.az xəbər verir ki, bu barədə Türk İnvestisiya Fondunun prezidenti, Təşkilatının keçmiş Baş katibi Bağdad Amreyev Türkiyə XİN-in İstanbul təmsilçiliyində çıxışı zamanı bildirib.

O qeyd edib ki, artıq Türk birliyinin təməli qoyulub və TDT siyasət, iqtisadiyyat, təhlükəsizlik, ticarət və bütün digər sahələrdə əməkdaşlığı əhatə edən strukturlaşdırılmış təşkilatdır.

Qeyd edək ki, tədbir çərçivəsində Bağdad Amreyevə Türkiyə Xarici İşlər Nazirliyinin “Xidmətdə fərqlənmə” mükafatı təqdim edilib.

Türkiyə XİN rəhbəri öz növbəsində Bağdad Amreyevə TDT-nin Baş katibi olduğu müddətdə gördüyü işlərə görə təşəkkür edərək, qlobal böhranlarla mübarizə aparıldığı bir dövrdə, Türk dünyasını rifah mərkəzinə çevirmək üçün vacib addımların atılacağını bildirib.