Britaniya XİN: "İran bütün region üçün təhlükədir"

19 Noyabr 2022 20:47 (UTC+04:00)

"İran silahları bütün region üçün təhlükədir, Tehran hələ də Ukraynada istifadə üçün Moskvaya pilotsuz təyyarələr verir".

Aznews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə bildirib.

Kleverli Rusiya və İrandan gələn ən ciddi təhdidlər barədə xəbərdarlıq edib:

"İranın nüvə proqramı həmişəkindən daha çox irəliləyib".

Britaniyalı nazir Londonun müttəfiqləri ilə birlikdə İran təhlükəsinə qarşı çalışacağına söz verib.