Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

20 Noyabr 2022 19:15 (UTC+04:00)

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Aznews.az xəbər verir ki, Canni de Byazinin yetirmələri Şimali Makedoniya ilə qarşılaşıb.

Bu yoldaşlıq görüşü Skopyedə baş tutub. Yığmamız 2022-ci ildə son matçına çıxıb.

Ardıcıl 4 qələbə qazanaraq tarixinin rekorduna imza atan millimiz seriyasını 5-ə çatdırmağa müvəffəq olub. Halbuki görüşdə hesabı ev sahibləri açıb. Buna üç qolla qarşılıq verən komandamız həm heç vaxt uda bilmədiyi Şimali Makedoniyanı məğlub edib, həm də ili qalibiyyətlə başa vurub.

Matçda hər iki komandanın bir futbolçusu qırmızı vərəqə alıb.

Qeyd edək ki, yığmamız noyabrın 16-dakı son görüşündə səfərdə Moldovanı 2:1 hesabı ilə üstələyib.

Yoldaşlıq oyunu
20 noyabr
17:00. Şimali Makedoniya – Azərbaycan - 1:3
Qollar:
Enis Bardhi, 25 (pen.) - Elvin Cəfərquliyev, 38, Musa Qurbanlı, 65, Ramil Şeydayev, 89
Qırmızı vərəqə: Boban Nikolov, 52 - Höccət Haqverdi, 75
Baş hakim: Enea Yorgyi (Albaniya)
Şimali Makedoniya: 22. Damyan Şişkovski, 5. Nikola Serafimov, 6. Visar Musliu, 3. Stefan Aşkovski, 13. Stefan Ristovski (k), 10. Enis Bardhi, 16. Boban Nikolov, 8. David Babunski, 24. Lyupço Doryev, 7. Elif Elmas, 23. İliya Nestorovski
Ehtiyat oyunçular: Stol Dimitriyevski, 12. Kristiyan Naumovski, 26. İqor Aleksovski, 2. Todor Todoroski, 4. Kire Ristevski, 9. Boyan Miovski, 11. Yani Atanasov, 14. Darko Velkovski, 15. Eqzon Beytulai, 17. Valon Ethemi, 18. Aqon Elezi, 19. Dorian Babunski, 20. Stefan Spirovski, 21. Martin Mirçevski, 25. Boyan Dimoski
Baş məşqçi: Blaqoya Milevski
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bəxtiyar Həsənalızadə, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 19. Elvin Cəfərquliyev, 8. Emin Mahmudov (k), 20. Riçard Almeyda, 22. Aleksey İsayev, 11. Ramil Şeydayev, 21. Ozan Can Kökçü, 24. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 3. Azər Salahlı, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Ceyhun Nuriyev, 14. Anatoli Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 25. Rövlan Muradov, 26. Qismət Alıyev
Baş məşqçi: Canni de Byazi
Skopye. Todor Proeski Milli Arena