Türkiyənin "Pençe-Kılıç" əməliyyatı

22 Noyabr 2022 11:16 (UTC+04:00)

Türkiyənin antiterror əməliyyatlarına daha bir uğurlu əməliyyat əlavə olundu. Türkiyə Suriyanın Tel Rıfat və Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK terrorçularına qarşı irimiqyaslı hərbi əməliyyatları uğurla həyata keçirdi.

İstanbulun mərkəzində terror aktının həyata keçirilməsindən sonra Daxili İşlər Naziri Süleymən Soylunun “ABŞ-ın başsağlığını qəbul etmirik” deməsi yaxın zamanda adekvat addımın atılacağını göstərirdi. Türkiyə Silahlı Qüvvələri cavabı düz bir həftə sonra PKK/PYD/YPG qərargah və mövqelərini vurmaqla gözlənilən addımı atdı. Əslində müvafiq istiqamətlərdən Türkiyə ərazisinə bundan öncə də təxribatlar törədilirdi. Lakin Suriyanın məlum bölgəsində ABŞ hərbi bazası yerləşdiyi üçün mövqe toqquşması halı yaşana biləcəyinə görə tərəflər belə bir toqquşmadan yayınmağa çalışırdı. Lakin son terror hadisəsi bardağı daşıran damla oldu. Ankaranın Moskva ilə razılaşdırılması sonrası silahlı qüvvələr hava hücumlarını həyata keçirə bildi. Türkiyənin NATO üzvü olmasından dolayı radar qurğuları vasitəsilə digər ölkələr tərəfindən hansı addımların planlaşdırıldığı öncədən bilindiyi üçün, ABŞ-ın qabaqlayıcı tədbirləri atmasını diqqətə alsaq, Türkiyənin Pence Kılıç əməliyyatının olduqca uğurla həyata keçirildiyini deyə bilərik. Üstəlik, Türkiyə tərəfi bu əməliyyatı BMT Nizamnaməsinin 51-ci maddəsini əsas gətirərək, yəni, özünümüdafiə məqsədilə həyata keçirdiyini bildirir. Bu vəziyyətdə Amerikanın açıq şəkildə hər hansı addım atması mümkünsüzdü.
Digər tərəfdən, İstanbuldakı terror müvafiq qüvvələrin icra etdiyi ilk təxribar deyil. Bundan öncəki terro hücumlarının xəritəsi aşağıdakı kimidi:

1) Ankara Vergi İdarəsində Partlayış

1 fevral 2018-ci il tarixində saat 20.03 radələrində Ankara Vergi İdarəsində torbaya qoyulmuş bomba Ankara/Çukurambarda partladılıb.

2) Adana Seyhanda avtomobil partlaması

20 noyabr 2019-cu il tarixində Adananın Seyhan rayonunda park edilmiş 01 BUH 98 və 06 DRF 28 dövlət nömrə nişanlı avtomobillər arasında akkumulyator mexanizmi ilə yaradılmış topla işləyən bombanın partlaması nəticəsində maddi ziyan dəyib.

3) Batman Tüpraş Neft Emalı Zavoduna Hücum

4 noyabr 2019-cu il tarixində Suriyanın Amude qəsəbəsindəki Muzen kəndindən döyüş sursatı ilə yüklənmiş model təyyarə ilə Batman Tüpraş Neft Emalı Zavoduna hücum cəhdi edilib.

4) Mersin Forum Bumu

11 oktyabr 2020-ci il, saat 15.45 radələrində Mersin Yenişehirdə bomba partladılıb.

5) Hatay hücumu

26 oktyabr 2020-ci il tarixində saat 20.00 radələrində Hatay Payas rayonunun Kozludere rayonunda mühafizə məntəqəsinə doğru atəş açmış, 1 nəfər yaralanmışdır

6) Antalya Serik bazarında partlayış

27 oktyabr 2020-ci il tarixində saat 15.50 radələrində Antalya/Serik səmtindəki Kadriye Mahallesi bazarında bombalı hücum nəticəsində maddi ziyan meydana gəldi.

7) İstanbul, Ataşehirdə Zibil Konteynerində Bomba

31 oktyabr 2020-ci ildə İstanbulun Ataşehir səmtində zibil qabına qoyulmuş bomba partladılıb.

8) Antalyada bombalı hücum

19 sentyabr 2022-ci il tarixində saat 19.14 radələrində Antalya/Lara istiqamətində zibil konteynerinə yerləşdirilmiş əldəqayırma partlayıcılar işə salındı.

9) Mersin Polis Evinə Hücum

26 sentyabr 2022-ci il tarixində saat 22:46 radələrində Mersinin Mezitli rayonundakı Polis Evinə PKK/KCK terror təşkilatı üzvləri tərəfindən uzun lüləli silahlarla basqın etmiş, polis məmuru Sedat Gezer şəhid olmuşdur.

2020-2021-2022-ci illərdə Suriyada Türkiyə Silahlı Qüvvələrini hədəf alan 927 hücumun növləri araşdırıldığında, təxribatların xarakterində dəyişiklik müşahidə edilir. PKK/PYD/YPG terror təşkilatı 2020-ci ildə Suriyada, Fərat Qalxanı, Zeytun Budağı, Barış bulağı bölgələrində; 130-u yaxından, 119-u isə uzaqdan olmaqla ümumilikdə 249 hücum həyata keçirib. 2021-ci ildə 89-u yaxından, 239-u uzaqdan, 2022-ci ildə isə 24-ü yaxından, 326-sı uzaqdan olmaqla cəmi 350 hücum olmaqla cəmi 328 hücum edilib. Qeyd edim ki, Türkiyə Silahlı Qüvvələri son üç ildə Suriya və İraqın şimalında 1441 terrorçunu zərərsizləşdirib.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi