Əli Əliyevə hökm oxundu

22 Noyabr 2022 17:40 (UTC+04:00)

Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.