Prezident: İsraildə Azərbaycan səfirliyinin açılması qərarı dostluq əlaqələrini daha da gücləndirir

22 Noyabr 2022 20:30 (UTC+04:00)

İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir.

Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa minnətdarlığını ifadə edib.