Mövlud Çavuşoğlu İranda baş verən hadisələrə münasibət bildirib

23 Noyabr 2022 12:57 (UTC+04:00)

“İranda etiraz aksiyalarında çox sayda insanın həlak olmasına görə təəssüflənirik”.

Aznews.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, İranda sabitliyin təmin olunması Türkiyə üçün əhəmiyyətlidir: “Ölkədə ən qısa zamanda sabitliyin olmasını arzulayırıq”.