Ərdoğan Suriyanın şimalında quru anti-terror əməliyyatının başlayacağını bildirib

23 Noyabr 2022 14:11 (UTC+04:00)

“Türkiyə ən münasib vaxtda quru antiterror əməliyyatına başlayacaq".

Aznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Suriya və İraqın şimalında hava əməliyyatlarının fasiləsiz davam etdiyini də qeyd edib.

"Təyyarə, artilleriya və PUA-larla həyata keçirdiyimiz əməliyyatlar yalnız başlanğıcdır. Hataydan Hakkariyə qədər bütün cənub sərhədlərimizi hücumlara qarşı təhlükəsizlik zolağı ilə bağlamaq əzmimiz hər zamankından daha güclüdür”, - deyə o bildirib.