"Rusiya və Ukraynanı diplomatiya masası arxasına əyləşdirmək çətinləşib".
Aznews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Rusiya-Ukrayna müharibəsində də, "Taxıl böhranı”nın aradan qaldırılmasında da Türkiyənin rolu hər kəsə məlumdur. Tərəflər arasında əsir mübadiləsi də bizim vasitəçiliyimizlə baş tutub", - deyə o əlavə edib.
M.Çavuşoğlu problemin diplomatik yolla həllinə ümidlərini itirmədiklərini, müharibənin diplomatiya yolu ilə başa çatacağına əmin olduqlarını bildirib.
Pərvanə