Bakının Səbail rayonunda su kəsiləcək

23 Noyabr 2022 17:14 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Aznews.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.