Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb

24 Noyabr 2022 15:56 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Qismət Gözəlovun fəaliyyət müddəti başa çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O bildirib ki, Q.Gözəlovla görüşüb və TDT-yə, türk dünyasına verdiyi töhfəyə görə azərbaycanlı diplomata təşəkkür edib.

Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.

Təşkilatın mərkəzi ofisi İstanbulda yerləşir.