Rusiyada paraplan qəzaya uğrayıb, ölənlər var

24 Noyabr 2022 16:26 (UTC+04:00)

Rusiyanın Krasnodar diyarında paraplan avtomobilin üzərinə düşüb.

APA TASS-a istinadən məlumat verr ki, qəza diyarın Xadıjensk şəhərində baş verib. Qəza zamanı paraplanda olan hər iki pilot ölüb.

Paraplanın üzərinə düşdüyü avtomobil də zədələnib. Hadisənin səbəbləri araşdırılır.

Krasnodar diyarının prokurorluğu qəza haqda məlumatı təsdiqləyib və bildirib ki, ilkin araşdırmalara görə qəzaya səbəb paraplanın pilotlarının idarəetməni itirməsi olub.

Aznews.az