Vladimir Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib

24 Noyabr 2022 18:10 (UTC+04:00)

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.