Almaz Ələsgərli məhkəməyə müraciət edəcək

8 İyul 2013 19:16 (UTC+04:00)
Əməkdar artist Almaz Ələsgərli böyük qızı Mədinənin ikinci dəfə ailə qurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az saytına açıqlamasında müğənni deyib ki, qızı İsveçdə təhsil alır:

"Məgər, hər xaricə yollanan ərə gedir? Qızım İsveçdə oxuyur. Təhsilini başa vurandan sonra vətəninə qayıdacaq. O, xaricə oxumağa gedib, ərə yox. Yalan xəbərlər çıxarırlar. İndən belə bu cür şaiyələrə yol verənləri məhkəməyə verəcəm".

Qeyd edək ki, "Space" telekanalında yayımlanan "Bazar" verilişində A.Ələsgərlinin böyük qızı Mədinənin İsveçdə əcnəbi vətəndaşla ailə qurduğu bildirilib.

AzNews.az