Prezident Administrasiyasında yeni şöbə yaradılıb

24 Noyabr 2022 18:26 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb.

Aznews.az xəbər verir ki, PA-da yeni yaradılan struktur Hərbi-texniki təminat məsələləri şöbəsidir.

Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.