Gezi parkı açıldı - 23 gün sonra

8 İyul 2013 18:57 (UTC+04:00)
İstanbulda ağacların qırılmasına etiraz olaraq başlayan aksiyaslardan sonra bağlanan Gezi parkı 23 gündən sonra bu gün xalq üçün açılıb. Səhər saatlarından etibarən parkın açılışına ciddi hazırlıq işləri aparılıb. İstanbul valisi Hüseyn Avni Mutlunun dünən parkın açılacağı ilə bağlı əhaliyə müraciəti ilə əlaqədar çox sayda insan parka toplaşaraq açılış saatını gözləyib.

Rəsmilərin də iştirak etdiyi açılış mərasimində vali Mutlu parkın artıq xalqa aid olduğunu və bundan sonra orada aksiyalara icazə verilmədiyini bildirib. Parkda davamlı olaraq iftar çadırlarının qurulmayacağını, ancaq Ramazanla əlaqədar bələdiyyənin müəyyən planlarının olduğunu deyən vali parkda bir çadırın iftar saatında açılmasını mümkün hesab edib.

Elnarə
AzNews.az