Ukrayna: "Rusiyanın cinayəti ilə bağlı tribunal yaradılmalıdır"

25 Noyabr 2022 12:39 (UTC+04:00)

Rusiya rəhbərliyinin Ukraynaya qarşı törətdiyi təcavüz cinayəti ilə bağlı xüsusi tribunal yaradılmalıdır.

AzNews.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna-NATO Komissiyasının videokonfrans formatında keçirilən iclasında deyib.

O NATO Parlament Assambleyasına xüsusi tribunalın yaradılmasına dəstək verdiyinə görə minnətdarlığını bildirib: "Biz tərəfdaşlarımızı, xüsusən NATO və onun üzvlərini beynəlxalq müqavilənin yaradılması ilə bağlı məsləhətləşmələrdə iştirak etməyə çağırırıq. Ukrayna xüsusi tribunalın yaradılması üzrə əsas ola biləcək müvafiq sənəd layihələri hazırlayıb”.

Pərvanə